Moskvada bir gündə koronavirusdan onlarla insan öldü


Dünya 29 İyn 2020 00:43:58 229 0

Moskvada bir gündə koronavirusdan onlarla insan öldü

Son sutka Rusiyanın paytaxtı Moskvada COVID-19-dan 20-dən çox insan ölüb.

Son sutkada Rusiyanın paytaxtı Moskvada COVID-19-dan 20-dən çox insan ölüb.

“Report”un məlumatına görə, bu barədə Rusiyanın Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

“Moskvada 23 pasiyent vəfat etdi, onların hamısına pnevmoniya diaqnozu qoyulmuşdu və koronavirus testi müsbət alınmışdı”, - deyə xəbərdə bildirilir.

Beləliklə, Rusiya paytaxtında COVID-19-dan ölənlərin sayı 3 761 nəfərə çatıb.

Qeyd edək ki, bir gün əvvəl koronavirusdan 24 nəfərin öldüyü bildirilirdi.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.