ÜST: Dünyada koronavirusa 189 min yeni yoluxma aşkarlandı


Dünya 29 İyn 2020 00:28:40 222 0

ÜST: Dünyada koronavirusa 189 min yeni yoluxma aşkarlandı

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,8 milyon nəfəri ötdü ötüb.

Dünyada koronavirusa yoluxanların ümumi sayı 9,8 milyon nəfəri ötdü ötüb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Son məlumatlara görə, dünyada ötən gün ərzində təhlükəli infeksiyadan 4 612 ölüm aşkar edilib. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 495 760nəfər təşkil edir.

Son gün ərzində virusa yeni 189 077 yoluxma aşkarlanıb. Epidemiyanın başlanğıcından COVID-19-a yoluxanların sayı 9 843 073 nəfərə yüksəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.