Balıq kürüsü yemək və kürüdən hazırlanmış dərman qəbul etmək olarmı?


Digərləri 28 İyn 2020 23:55:00 297 0

Balıq kürüsü yemək və kürüdən hazırlanmış dərman qəbul etmək olarmı?

Şəriətimizdə qida məhsulları ilə bağlı müəyyən şərtlər nəzərdə tutulmuşdur. Qida məhsulu həmin şərtlərə cavab verdiyi təqdirdə halal olur. Bu şərtləri pozan ərzaq növlərini yemək haramdır. Şiə fiqhinə əsasən, balıq məhsulları ilə bağlı olan əsas şərt balığın pulcuqlu olmasıdır. Dərisi pulcuqlarla (iri ya xırda olmasından asılı olmayaraq) örtülmüş balıqları yemək olar (balığın tutulma qaydalarına riayət edilmişsə). Pulcuqlu balıqların əti ilə yanaşı, yağı və kürüsü də halaldır. Pulcuqlu balıqların kürüsünü və bu kürüdən hazırlanmış məhsulları yemək, eləcə də, tərkibində pulcuqlu balıq kürüsü olan dərmanı qəbul etmək halaldır.

Sünni fiqhində isə balıq məhsulları ilə əlaqədar yuxarıda qeyd edilən məhdudiyyət yoxdur və dənizdən tutulan hər bir canlı halal hesab edilir.