Yeni Ford Bronco modelinin təqdimat tarixi açıqlanıb


Digərləri 28 İyn 2020 23:58:00 237 0

Yeni Ford Bronco modelinin təqdimat tarixi açıqlanıb

Acı bağırsaq kimi uzanan Bronco epopeyası nəhayət ki sona çatır. Bu gün Ford şirkəti daşı ətəyindən tökərək növbəti nəsil Ford Bronco modelini təqdim etmək qərarına gəldiyini bildirib və yeni modelin təqdimat tarixini açıqlayıb.

Ford şirkəti təqdimat tarixini Instagram sosial şəbəkəsindəki hesabı vasitəsi ilə geniş kütləyə çatdırmaq qərarına gəlib. Hesabda dərc edilmiş tizerdə səhra mənzərəsi fonunda təpik atan at silueti təsvir edilmişdir (Amerikanın qərbində, Bronco adı ənənəvi olaraq vəhşi və ya yarıvəhşi at ilə təcəssüm olunur), şəkilin başlığında isə belə yazılıb - 07/09/20. The Wild Returns.

Çox güman ki, Bronco modelinin təqdimatı da virtual məkanda keçiriləcəkdir.