"Təzə maşın almaq üçün toylara gedirdim" Elgiz Əkbər


Şou-biznes 28 İyn 2020 17:14:00 273 0

"Təzə maşın almaq üçün toylara gedirdim"  Elgiz Əkbər

"Əvvəl toylara getmirdim. Köhnə maşınım var idi, maaşımda təzəsin almağa imkan vermirdi".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" proqramında deyib. O, artıq toylara aparıcı kimi getmədiyini söyləyib:

"Maşınımı təzələmək istəyirdim. Deyirdilər, necə avamsan, get toya. Özümü orada görmürdüm. Şeytanın ayağın sındırdım və toylara getdim. Toyda formalaşdım, həyatı öyrəndim. Nə qədər mənə xeyri oldu. Orada baş çıxarmaq hər adamın işi deyil. Baş işlətməlisən. Nələr var toylarda".