ABŞ-da atışma olub, ölən və yaralanan var


Dünya 28 İyn 2020 16:58:27 177 0

ABŞ-da atışma olub, ölən və yaralanan var

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində etirazlar zamanı atışma olub.

ABŞ-ın Kentukki ştatının Luisvill şəhərində etirazlar zamanı atışma olub.

"Report" xəbər verir ki, bu barədə şəhər polisi özünün “Facebook”dakı səhifəsində bildirib.

Qeyd edilir ki, Ceferson meydanındakı parkda baş verən hadisə zamanı 1 nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Yaralı universitet xəstəxanasına yerləşdirilib.

Hadisənin təfərrüatı açıqlanmır.

Qeyd edək ki, bu, ABŞ-da baş verən ikinci silahlı insidentdir. Daha əvvəl dəKaliforniya ştatının Red-Blaff şəhərində atışma baş verib.“Walmart” ticarət şəbəkəsinin çeşidləmə mərkəzində baş verən atışma nəticəsində ən azı iki nəfər ölüb, dörd nəfəryaralanıb.