Honda yeni nəsil Civic Type R modelinin sınaqlarına başlayıb FOTO


Digərləri 28 İyn 2020 16:30:00 157 0

Honda yeni nəsil Civic Type R modelinin sınaqlarına başlayıb  FOTO

Honda şirkəti növbəti nəsil "bərkgedən" Civic Type R modelinin sınaqlarına start verib. Buna Avropanın ictimai yollarında casuslara rast gəlmiş kamuflyajlı prototiplər dəlalət edir. Ən maraqlısı odur ki, mövcud olan beşqapılı hetçbekin satışlarına üç il bundan əvvəl başlanıb. Bu ilin yanvarında isə, model plan üzrə yenilənib. Yeni model haqqında bəzi məlumatlar da mövcuddur.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni Honda Civic Type R modelinin 2,0-litrlik turbomühərrikin əsasında yaradılmış  hibrid güc qurğusu ilə təchiz ediləcəyi barədə şayiələr dolaşmaqdadır. Bununla birlikdə, Honda şirkətinin Avropa bölməsində güc qurğusu barədə qərarın hələlik qəbul edilmədiyi, cari modelin populyarlığına 2,0-litrlik VTEC turbomühərrikinin səbəb olduğunu bildiriblər. Ön ötürməli hetçbekdıə quraşdırılmış mühərrik 320 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir.

Buna görə də, bu mühərrikdən istifadənin davam etdirilməsi ehtimalı yüksəkdir. Bununla birlikdə, yol testlərinin başlandığını nəzərə alsaq, şirkətin yeni hetçbekin güc qurğusu barədə qərar qəbul etdiyini söyləmək olar. Mühərrikin hibrid əlavəyə sahib olacağı da istisna edilmir.

İstənilən halda, növbəti nəsil Honda Civic Type R hetçbeki bu gün təklif edilən modeldən daha iri olacaqdır. Onun təkər bazası artırılacaq, ön hissəsinin uzunluğu dəyişəcək, kuzovun profili isə olduğu kimi qalacaqdır. Üstəlik, "bərkgedən" Civic modellərinin istehsalı Böyük Britaniyadan Yaponiyaya köçürüləcəkdir.