İraqın şimalında daha 9 PKK terrorçusu məhv edilib


Dünya 28 İyn 2020 10:59:00 159 0

İraqın şimalında daha 9 PKK terrorçusu məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pençe-Kaplan" əməliyyatı çərçivəsində daha 9 PKK terrorçusu məhv edilib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir: "Xüsusi təyinatlılar Haftanin bölgəsindəki terrorçuları məhv etməyə davam edirlər. Xüsusi təyinatlı döyüşçülər hər mağaranı və terrorçuların ehtimal olunan sığınacağını araşdırırlar".