“Facebook” Kiyevin adını "dəyişib"


Dünya 28 İyn 2020 10:41:00 152 0

“Facebook” Kiyevin adını "dəyişib"

"Facebook" sosial şəbəkəsi Ukraynanın paytaxtı Kiyevin ingilis dilində yazılış qaydasını dəyişib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə ölkənin Xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

Belə ki, indi sosial şəbəkənin alqoritmi istifadəçilərə işarələmək üçün "Kiev" əvəzinə "Kyiv" variantını təklif edəcək. Yəni, "Facebook" paytaxtın rus dilində yox, məhz Ukrayna dilində olan ad şəklini qəbul edib.

Nazirin sözlərinə görə, indiyə qədər sosial şəbəkədə olan işarələmələr dəyişməyəcək, yalnız bundan sonrakılar yeni varianta uyğun olacaq.