Bakıda qəbirstanlıqda baş verən yanğın söndürüldü - YENİLƏNİB


Sosial 28 İyn 2020 08:50:00 271 0

Bakıda qəbirstanlıqda baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakının Xətai rayonu ərazisindəki qəbiristanlıqda yanğın başlayıb.

Bakı şəhərinin Xətai rayonunda qəbirstanlıq ərazisində 1 ha sahədə quru ot və kol-kos yanıb.

"Report"un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

23:50***27.06.2020

Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşənqəbirstanlıqda yanğın başlayıb.

“Report”un məlumatına görə,hazırda qəbirstanlıqda kol-kos yanır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.