Braziliyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü


Dünya 28 İyn 2020 03:10:00 203 0

Braziliyada koronavirusa yoluxanların sayı 1,3 milyonu ötdü

Braziliyada bir gün ərzində koronavirusa 38 693&yoluxma aşkarlanıb.

Braziliyada bir gün ərzində koronavirusa 38 693yoluxma aşkarlanıb.

“Report” xəbər verir ki, bu barədə RİA “Novosti” Cənubi Amerika ölkəsinin Səhiyyə Nazirliyinə istinadən bildirib.

Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 1 313 667nəfərə çatıb.

Son sutkada ölkədə COVID-19-dan 1 109nəfər ölüb. Bununla da Braziliyada koronavirusdan ölənlərin sayı 57 070nəfərə çatıb.

Qeyd edək ki, Braziliyada koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.