Pentaqonun gələn il üçün büdcəsi açıqlandı


Dünya 28 İyn 2020 02:22:12 223 0

Pentaqonun gələn il üçün büdcəsi açıqlandı

ABŞ-ın gələn il üçün hərbi büdcəsi 732 milyard ABŞ dolları olacaq. Bu Vaşinqton rəhbərliyinin cari ilin fevral ayında tələb etdiyi rəqəmlərdən 8,5 milyard ABŞ dolları azdır.

ABŞ-ın gələn il üçün hərbi büdcəsi 732 milyard ABŞ dolları olacaq. Bu Vaşinqton rəhbərliyinin cari ilin fevral ayında tələb etdiyi rəqəmlərdən 8,5 milyard ABŞ dolları azdır.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın növbəti maliyyə ili üçün Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Adam Smit (Demokrat, Vaşinqton ştatından) tərəfindən hazırlanan büdcə layihəsində deyilir.

Xüsusilə, demokrat xaricdəki əməliyyatlar üçün 69 milyard ABŞ dolları ayırmağı təklif edib.

Müdafiə büdcəsi layihəsində pandemiyaya hazırlıq və ona qarşı çevik reaksiya vermək imkanlarını artırmaq üçün Milli Təhlükəsizlik Fondunun yaradılması və onun işinə 1 milyard ABŞ dolları ayrılması təklif olunub.

Smit elmi və texniki sektoru maliyyələşdirmək üçün təxminən 600 milyon ABŞ dolları ayırmağı təklif edib. Xüsusilə, 50 milyon ABŞ dollarından çox vəsait biotexnologiyaya yönləndiriləcək.

3,58 milyard ABŞ dolları Hindistan və Sakit Okeanlarında ABŞ qüvvələrinin gücləndirilməsi üçün nəzərdə tutulur. Büdcədən 3,5 milyard ABŞ dollarını isə Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri alacaq.