Azərbaycanlı model ABŞın ən “ulduzlu” evinə köçməyə hazırlaşır


Digərləri 27 İyn 2020 18:42:00 223 0

Azərbaycanlı model ABŞın ən “ulduzlu” evinə köçməyə hazırlaşır

Ruslana Gee kimi məşhur olan azərbaycanlı model Ruslana Cavadova Amerikanın ən populyar evi olan TikTok House-a köçməyə hazırlaşır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, orada TikTok tətbiqinin ulduzları yaşayırlar.

Model Amerikanın gənc TikTok istifadəçilərinin komandasına daxil olmaq üçün ərizə göndərib. Ona artıq cavab veriblər və modelin agentləri hazırda ev sahibləri ilə danışıqlar aparırlar. Bu barədə Ruslana özünün YouTube kanalında məlumat verib.

"TikTokçular üçün xüsusi ev tikilib, hamısı orada yaşayır. Düzü, hələ fikirləşirəm, çünki ora köçməyi elə də istəmirəm, öz mənzilim var. Görək agentlərim nə cavab gətirəcəklər", - Cavadova deyib.

TikTok - qısa videoların yaradılması və  baxılması üçün servisdir. Bir çox ölkələrdə, eləcə də Amerikada onun nümayəndəlikləri var. Bu servisin ən aktiv istifadəçiləri TikTok House adlanan böyük binada yaşayırlar. Burada fəal gənclər yeni ideyalar reallaşdırır, çarxlar çəkirlər. Villa Hollivud təpəsinin zirvəsində yerləşir. Komandaya Amerikanın 19 ən kreativ tiktokçusu daxildir.