Bir qaşığının ağırlığı dörd milyard ton olan cisim aşkarlandı


Digərləri 27 İyn 2020 18:00:00 205 0

Bir qaşığının ağırlığı dörd milyard ton olan cisim aşkarlandı

Astronomlar əvvəllər müşahidə olunmayan astronomik cisim tapıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, ABŞ və İtaliyada qravitasiya dalğa detektorlarının köməyi ilə beynəlxalq qrupun etdiyi ixtiranın təfərrüatı "The Astrophysical Journal Letters" jurnalında dərc edilib.

Cismin "neytron ulduz" adlanan ən böyük sönən ulduzdan daha böyük, ən kiçik məlum qara dəlikdən daha kiçik olduğu bildirilir.

Kosmosda kainatdakı böyük cisimlərin toqquşması nəticəsində yaranan ani dalğalanmaları aşkarlayan detektorlar 2019-cu ilin avqust ayında Günəşdən 23 dəfə böyük qara dəliyin Günəşdən 2,6 qat böyük bir cisimlə toqquşduğunu müəyyən ediblər.

Cismin kiçik qara dəlik olduğu təxmin edilsə də, digər ehtimallar da nəzərdən keçiriləcək.