Əfqanıstanda ələ keçirilən “Taliban” yaraqlıları azad edildi


Dünya 27 İyn 2020 17:46:26 193 0

Əfqanıstanda ələ keçirilən “Taliban” yaraqlıları azad edildi

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin sözçüsü Sədiq Sıddıqi bildirib.

Əfqanıstan hökuməti “Taliban” hərəkatının daha əvvəl ələ keçirilmiş 3 895 yaraqlısını azad edib.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin sözçüsü Sədiq Sıddıqi bildirib.

Bir qədər sonra da “Taliban”ın Doha ofisinin nümayəndəsi Süheil Şahin də “Twitter” hesabından Bədəxşan əyalətində təhlükəsizlik qüvvələrinin daha 34 əməkdaşını azad etdiklərini açıqlayıb.

Xatırladaq ki, bu ilin fevral ayında ABŞ ilə “Taliban” hərəkatı arasında Dohada sülh razılaşması imzalanıb. Ölkə ərazisindən əcnəbi hərbi qüvvələrinin mərhələli şəkildə çıxarılmasını nəzərdə tutan bu razılaşma çərçivəsində ABŞ-ın dəstəklədiyi Əfqanıstan hökuməti ilə “Taliban” arasında gərginliyi azaltmaq istiqamətində bir sıra addımlar atılır.