Yaddaş zəifliyi və unutqanlıqdan əziyyət çəkənlərin


Digərləri 27 İyn 2020 16:30:00 222 0

Yaddaş zəifliyi və unutqanlıqdan əziyyət çəkənlərin

Yaponiyanın Küsü Universitetinin alimləri təsbit ediblər ki, soya lobyasının tərkibində olan zülal Altsheymer xəstəliyindən əziyyət çəkən insanın yaddaş pozğunluğunun qarşısını almaq iqtidarındadır.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Science of Food" jurnalında dərc olunan məqalədə deyilir.

Müəlliflər qeyd edirlər ki, soya lobyasındakı molekulların tərkibində iki aminturşu mövcuddur - tirozin və prolin.

Mütəxəssislərin apardığı araşdırmalar təsdiqləyib ki, paxlalı bitkinin tərkibindəki faydalı maddələr qan və mərkəzi sinir sistemlərindən maneəsiz keçərək baş və onurğa beyinə daxil ola bilir.