Bu qidalar dərinizi yeniləyəcək


Digərləri 27 İyn 2020 16:36:00 275 0

Bu qidalar dərinizi yeniləyəcək

Bəzi qidaların hüceyrələri yenilədiyi və qocalmanı əhəmiyyətli dərəcədə gecikdirdiyi elmi cəhətdən sübut olunub.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, bu ərzaqları müntəzəm istifadə etdikdə daha gənc və sağlam görünmək mümkündür.

Kələm növləri

Bədənin toksiki maddələrdən təmizlənməsi üçün detoksifikasiya enzimlərini fəallaşdıran brüksel kələmi, brokoli, ağ və qızrmızı kələm, kahı, gül kələmi hüceyrə yenilənməsində əhəmiyyətli paya malikdir.

Yağlı toxumlar

Qoz, fındıq, fıstıq, kaju, badam və s. içərisindəki çoxlu miqdarda doymamış yağ turşuları və E vitamini sayəsində dərinizə gənclik və gözəllik bəxş edəcək.