Azərbaycanın şou əhlinin ucuz və dəbdəbəli yay qarderobu


Şou-biznes 27 İyn 2020 15:00:00 214 0

Azərbaycanın şou əhlinin ucuz və dəbdəbəli yay qarderobu

İfaları və rəqsləri ilə gündəmdə olan şou əhli yenə də bahalı, dəbdəbəli geyim və aksesuarlarına görə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Geyim-keçimə "çamadanlarla" pul xərcləyən ulduzların libasları, bəzək əşyaları izləyicilərin marağına səbəb olub.

Son.az oxu.az-a istinadən ulduzların geyimlərinin markalarını və qiymətlərini təqdim edir.

Karantin dönəmində durmadan çalışan Xalq artisti Röya Ayxan iddialı və seksual fotosessiyası ilə böyük marağa səbəb olub. 

Qırmızı "body" geyinən milyonların sevimlisi obrazını dəbdəbəli etmək üçün dəyəri 3 124 manat olan, "Red Valentino" istehsalı "trenç"də (yağışlıq - red.) və "Giuseppe Zanotti" brendinə məxsus, burun və topuq hissəsi açıq, 1 691 manatlıq kobud tərzli ayaqqabıda görüntülənib.

Zövqü ilə seçilən, Türkiyədə yaşayıb, orada müğənnilik fəaliyyətini davam etdirən Günel Zeynalova da fərqli geyim üslubunda kamera önünə keçib.