BMT baş katibi ABŞın ÜSTü tənqid etməsini əsassız sayır


Dünya 27 İyn 2020 15:27:00 178 0

BMT baş katibi ABŞın ÜSTü tənqid etməsini əsassız sayır

ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) tənqid etməsi əsassızdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə BMT-nin baş katibi Antoniu Quterreş bildirib.

A.Quterreş deyib: "ÜST rəhbərliyinin nümayəndələrini tanıyıram, onlar heç bir ölkənin nəzarəti altında deyil. Onlar həmişə vicdanla hərəkət edirlər".

Baş katib əlavə edib ki, pandemiya bitdikdən sonra ölkələrin virusa necə qarşı reaksiyası ilə bağlı araşdırma aparmaq lazım olacaq.

Xatırladaq ki, mayın 29-u Vaşinqton ÜST ilə əməkdaşlığını dayandırmaq niyyətində olduğunu bildirib.