Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü?


Digərləri 27 İyn 2020 15:36:00 205 0

Dəniz suyundan koronavirusa yoluxmaq mümkündürmü?

Çay, göl və ya dənizdə koronavirusa yoluxmaq mümkün deyil. Su yayda davamlı olaraq günəş şüalarının təsirinə məruz qalır ki, bu da virusu məhv edir.

Son.az oxu.az-a istinadən bildirir ki, bunu Rusiyanın Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun CMD Molekulyar Diaqnostika Mərkəzinin mütəxəssisi Mixail Lebedev bildirib.

O, COVID-19-un hava-damcı yolu ilə yayıldığını xatırladıb.

Alimin sözlərinə görə, açıq su hövzələrində bakteriya və ya parazitə yoluxmaq mümkündür, ancaq koronovirus məsələsində bu, keçərli deyil.