88 obyektdə kobud pozuntular aşkarlandı


Digərləri 27 İyn 2020 15:09:00 217 0

88 obyektdə kobud pozuntular aşkarlandı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

AQTA-dan Son.az-a bildirilib ki, Agentlik əməkdaşları tərəfindən 26 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 61 ictimai iaşə obyekti, 171 ərzaq satışı mağazası olmaqla ümumilikdə 232 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 88-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsindəinzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

Bakı şəhəri üzrə

Kərimov Elməddin Hüseynağa oğluna, Əmirov Elçin Əsəd oğluna, Babayev İlham Hüseyn oğluna məxsus ərzaq mağazaları, "Ruzi" market, Qasımov Dilqəm Əli oğluna, Məmmədov Vüqar Cahangir oğluna məxsus ərzaq mağazaları, "Bizim", "Fidan", "Super" və "Bizim ailə" marketlər, Həsənov Tofiq Cümşüd oğluna məxsus market, Əlləzov Vilayət Abbasəli oğluna məxsus ərzaq mağazası, Əsgərov Faiq Allahverdi oğluna, İsmayılov İlqar Ələmdar oğluna məxsus ərzaq mağazaları, "Eston" market, Əliyeva Gülnarə Polad qızına məxsus ərzaq mağazası

Bərdə rayonunda Zeynalov Rafiq Yaqub oğluna məxsus kafe və Həsənov Rizvan Əsgər oğluna məxsus ərzaq mağazası

Göygöl rayonu, Aşıqlı kəndində Mustafayev Anar Xəqani oğluna məxsus "Anar", Toğanalı kəndində Quliyev Vüsal Mətləb oğluna məxsus "Gözəl Məkan" kafeləri, Aslanov Rafiq Qədir oğluna məxsus "Əkizlər" market

Şabran rayonunda Gülməmmədov Samit Vahid oğluna, Hətəmov Eldar Gülbala oğluna, Mirzəyev Şıxbala Əşrəf oğluna məxsus kafelər, Cavadov Ramiz Abbasxan oğluna məxsus "Buta" kafesi, Mirzəyev Təbriz Xanlar oğluna məxsus ərzaq mağazası, Məmmədov Mənsur Sabir oğluna, Qəniyev Məhəmməd Ekram oğluna, Cəfərov Yusif Yunus oğluna, Bağırov Taleh Arif oğluna, Quliyev Qəzənfər Həsənağa oğluna məxsus ət satışı mağazaları

Sabirabad rayonunda Bağırov Rafiq Asif oğluna məxsus "Çıraq" market, Mənsimov Məmməd Adil oğluna məxsus "Əmin" market və Bağırov Məmmədbağır Rafiq oğluna məxsus ərzaq mağazası

İsmayıllı rayonunda Adıgözəlov Azad Ramazan oğluna məxsus "Final" market, İsmayılov Vüsal Nüsrət oğluna məxsus "Bərəkət" market

Göyçay rayonunda Dəmirov Qılman Hacı oğluna məxsus "Ekonom" market, Bəşirov Aydın Abdulla oğluna məxsus "Bolluq" market və Dəmirov Ramin Hacıbaba oğluna məxsus "Mırtı" market

Qazax rayonunda "Emil", "Görüş", "Elpər", "Aysel", "Real", "Laquna" və "Qərb qapısı" kafeləri, "Buta" və "Elpər", "Göyçə" ərzaq mağazaları