“PSG-Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 20% artıb


İqtisadiyyat 27 İyn 2020 14:44:00 266 0

“PSG-Kapital İnvestisiya Şirkəti”nin xalis mənfəəti 20% artıb

“PSG-Kapital İnvestisiya Şirkəti” QSC 2019-cu ili 463 min manat xalis mənfəətlə başa vurub

“PSG-Kapital İnvestisiya Şirkəti” QSC 2019-cu ili 463 min manat xalis mənfəətlə başa vurub.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 19,6% çoxdur.

Ötən il “PSG-Kapital”ın vergiyəqədərki mənfəəti 582 min manat (əvvəlki ilə nisbətən 19,5% çox), mənfəət vergisi xərci isə 118 min manat (18% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “PSG-Kapital”ın aktivləri 21 166 min manat olub ki, bu da illik müqayisədə 7,3% azdır. Hesabat dövründə investisiya şirkətinin öhdəlikləri 10,25% azalaraq 18 273 min manata düşüb, balans kapitalı isə 16,6% artaraq 2 893 min manata çatıb.