İranda son sutkada koronavirusdan


Dünya 27 İyn 2020 14:56:00 195 0

İranda son sutkada koronavirusdan

İranda ötən sutka ərzində daha 2 456 nəfərin koronavirusa (COVID19) yoluxması ilə bu virusa yoluxanların sayı 220 180 nəfərə çatıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Sadat Larinin sözlərinə görə, virusdaşıyıcılarından 2 928 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari əlavə edib ki, ötən 24 saat ərzində daha 125 nəfər koronavirus nəticəsində ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 10 364 nəfərə yüksəlib.

Nazirlik rəsmisi bildirib ki, indiyədək İranda 180 661 nəfər koronavirusdan sağalıb.