Yer çatışmazlığı olarsa xəstələr şadlıq saraylarında müayinə olunacaq


Digərləri 27 İyn 2020 13:51:00 235 0

Yer çatışmazlığı olarsa xəstələr şadlıq saraylarında müayinə olunacaq

Son günlər ölkəmizdə COVİD-19 virusuna yoluxanların sayının artması, xəstəxanalarda yer azlığı, çarpayı çatışmazlığı məsələsini güdəmə gətirib. Mütəxəssislər deyir ki, əgər belə bir şey verərsə, dünyanın əksər ölkələrində olduğu kimi, bizdə də əlavə məkanlardan istifadə etmək olar.

Son.az xəbər verir ki, məsələ ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramı maraqlı süjet hazırlayıb.

Nahid Məhərrəmov - Həkim: "Dünya ölkələrində bu təcrübə var ki, bəzən təkcə xəstəxanalar deyil, digər iri zalları olan müəssisələrdən də istifadə olunur. Və yaxud da ki, iri zallarla yanaşı futbol meydançaları, iri foyesi olan bir mərkəzlər pandemiya üçün, sırf koronavirus xəstələrinin müayinəsi üçün ayrılmış bir yer kimi istifadə olunur".

Ekspertlər hazırda mövcud pandemiya səbəbindən fəaliyət göstərməyən  müxtəlif ictimai-iaşə obyektlərinin, olimpiya komplekslərinin, hətta şadlıq saraylarının bu məqsədlə ayrılmasını tövsiyyə edirlər.

İlqar Hüseynli - Ekspert: "İndiki şəraitdə həm səhiyyə müəssisələrinin çatışmazlığını, çarpayı çatışmazlığını nəzərə alaraq müxtəlif şadlıq evlərini, o cümlədən mərasim zallarını bu məqsəd üçün hazırlamaq lazımdır ki, biz virusa yoluxan xəstələrin səhiyyə xidmətini təşkil etmək üçün əlimizdən gələni edə bilək".

Nazirlər kabineti yanında operativ qərargahın tibbi eksperti Rəşad Mahmudov bu cür əlavə məkanların yaradılmasını istisna etmir. Onun sözlərinə görə, son günlər yoluxma sayının artması ölkədə epidemiolji vəziyyəti daha da çətinləşdirib.