Ucarda "KamAZ" aşdı, xəsarət alan var


Sosial 27 İyn 2020 13:27:05 273 0

Ucarda "KamAZ" aşdı, xəsarət alan var

​Ucarda yük maşını aşıb

Ucar rayonunda yük maşını aşıb

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun 241-ci kilometrliyində, Ucar rayonunun "Dördyol" adlanan hissəsində qeydə alınıb.

Mingəçevir sakini, 1979-cu il təvəllüdlü Şaiq Süleyman oğlu Süleymanovun idarə etdiyi "KamAZ" markalı yük maşınının təkəri çıxıb, nəticədə maşın idarəetmədən çıxaraq yolun hərəkət hissəsinə aşıb.

Sürücü yüngül xəsarətlə Ucar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.