Ermənistanda fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadılacaq


Dünya 27 İyn 2020 12:47:34 231 0

Ermənistanda fövqəladə vəziyyət rejimi ilin sonunadək uzadılacaq

Qeyd edək ki, Ermənistanda martın 14-dən fövqəladə vəziyyət rejimidir.

Ermənistanda hökumət koronavirusa qarşı mübarizə çərçivəsində elan edilən fövqəladə vəziyyət rejiminin tətbiqi müddətini yenidən uzatmaq istəyir.

“Report” xəbər verir ki, məlumatı “Qraparak” yayıb.

“İyulun 14-də fövqəladə vəziyyət rejiminin üçüncü müddəti başa çatır. Ancaq bəzi məlumatlara əsasən, Ermənistan azı dekabradək fövqəladə vəziyyət rejimində yaşayacaq”, - qəzet yazıb.

Qəzetin bildirdiyinə görə, hökumətfövqəladə vəziyyət rejimini müxalifətin müxtəlif aksiyalarının qarşısını almaq üçün uzatmaq niyyətindədir.

Qeyd edək ki, Ermənistanda martın 14-dən fövqəladə vəziyyət rejimidir.