Bakı sakini 42 kq marixuana ilə tutuldu

Sosial 27 İyn 2020 12:49:11 250 0

Bakı sakini 42 kq marixuana ilə tutuldu

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən paytaxt sakini Bayram Sadıxov saxlanılıb.

Bayram Sadıxov

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Ona məxsus Bilgəh qəsəbəsində yerləşən evin həyətindəki istixanaya baxış keçirilən zaman 1 131 ədəd xüsusi qulluq edilərək yetişdirilən çətənə kolu aşkar olunub.

Əməliyyat tədbirlərinin davamı olaraq istixanadan əlavə quru və yaş halda ümumi çəkisi 42 kq marixuana da aşkar olunub. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri həm satmaq və həm də ki, şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Bayram Sadıxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Şəkli yükləmək Şəklə tam ölçüdə baxmaq Arxiv şəklində yükləmək