TƏBİBin mətbuat katibi koronavirusa yoluxub?


Digərləri 27 İyn 2020 12:49:00 228 0

TƏBİBin mətbuat katibi koronavirusa yoluxub?

Sosial şəbəkələrdə TƏBİB-in mətbuat katibi Rəvanə Əliyevanın koronavirusa yoluxması ilə bağlı xəbərlər yayılmaqdadır.

Son.az xəbər verir ki, Rəvanə xanım baku.ws-ə açıqlamasında xəbəri təkzib etdi:

"Yayılan xəbər doğru deyil. Mən koronavirusa yoluxmamışam". 

Xatırladaq ki, ötən həftə R.Əliyevanın anasında COVİD-19 aşkarlanmışdı. TƏBİB rəsmisi həmin xəbərdən sonra ailəsilə yaxın kontaktının olmadığını açıqlamışdı.