Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb


Dünya 27 İyn 2020 12:39:00 184 0

Rusiyada koronavirusa yoluxanların sayı açıqlanıb

Rusiyada koronavirusa yoluxanların sayı artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 6 852 nəfər virusa yoluxub, 188 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 627 646 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 8 969 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 393 352 nəfər virusdan sağalıb, 225 325 nəfərin müalicəsi isə davam edir.