Çində koronavirusa yeni yoluxmalar qeydə alınıb


Dünya 27 İyn 2020 11:01:21 201 0

Çində koronavirusa yeni yoluxmalar qeydə alınıb

Yoluxanlardan 78 444 nəfəri sağalaraq evə buraxılıb, 4 634 nəfəri isə ölüb.

Çində cümə günü COVID-19 virusuna 21 nəfər yoluxub.

“Report” “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Milli Səhiyyə Komissiyasının məlumatına görə, yoluxanlardan17-si yerli, 4-ü isəxaricidir.

Bununla da ölkədə yoluxanların ümumi sayı 83 483 nəfərə çatıb ki, bunlardan 405 nəfəri hazırda müalicə olunur, aralarında 8 nəfərin vəziyyəti ağırdır. Yoluxanlardan 78 444 nəfəri sağalaraq evə buraxılıb, 4 634 nəfəri isə ölüb.