İstanbulda yaşayış binasında partlayış: 1 ölü, 10 yaralı


Dünya 27 İyn 2020 10:38:41 208 0

İstanbulda yaşayış binasında partlayış: 1 ölü, 10 yaralı

Partlayış səhər saatlarında baş verib.

Türkiyənin İstanbul şəhərində, Bahçelievler rayonunda Memar Sinan prospektində 6 mərtəbəli binada baş verən partlayış nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.

“Report” xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb.

Bildirilib ki, partlayış baş verən mənzil toxuculuq atelyesi kimi fəaliyyət göstərirmiş.

Partlayış səhər saatlarında baş verib. Binanın sakinləri partlayışın səsindən vahimələnib, zəlzələ baş verdiyini sanıblar. Hadisənin səbəbi hələ ki,açılanmayıb.