Ukraynada yoluxanların sayı 42 mini ötdü


Dünya 27 İyn 2020 10:39:19 215 0

Ukraynada yoluxanların sayı 42 mini ötdü

Bundan başqa, indiyədək 18 701 pasiyent virusdan sağalıb.

Ukraynada son sutkada koronavirusa 948 yoluxma faktı qeydə alınıb.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Nazirliyi açıqlayıb.

Ukraynada son sutkada 24 nəfər koronavirusdan ölüb. Bununla da pandemiya nəticəsində yoluxanların sayı 42 065-ə, qurbanların sayı isə 1 110-a yüksəlib.

İndiyədək 18 701 pasiyent virusdan sağalıb.

Qeyd edək ki, iyunun 26-na olan məlumata görə, Ukraynada 1 109 yeni yoluxma faktı qeydə alınmışdı.