“Etiraf edirəm ki, başıma gəlməyincə mən də koronavirusa inanmırdım”


Şou-biznes 27 İyn 2020 10:04:00 232 0

“Etiraf edirəm ki, başıma gəlməyincə mən də koronavirusa inanmırdım”

Xalq artisti Aygün Kazımovanın köməkçisi koronavirusa yoluxub.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.  

Müğənni yaydığı videoda özünün də karantinə alındığını söyləyib: "Elə insanlar var ki, koronavirusun gerçəkliyinə inanmırlar. Etiraf edirəm ki, bu hadisə başıma gəlməyincə mən də inanmırdım. Birinci köməkçim, daha sonra anası, bacısı və bütün ailəsi yoluxdu.

Hətta köməkçimin ad gününü həkimlər ona xoş olsun deyə xəstəxanada keçirdilər. Həmin müddətdə mən də karatində oldum. Koronavirusa yoluxan hər bir azərbaycanlıya tezliklə şəfa diləyirəm. Biz bu çətinliyin öhtəsindən birlikdə gələcəyik".