Qazaxıstanda koronavirusa yoluxanların sayı 20 mini ötüb


Dünya 27 İyn 2020 09:21:00 202 0

Qazaxıstanda koronavirusa yoluxanların sayı 20 mini ötüb

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 569 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 20 319 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 nəfər ölüb. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 12 548 nəfər sağalıb, 150 nəfər isə vəfat edib.