AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib


İqtisadiyyat 26 İyn 2020 22:47:08 260 0

AZAL sərnişinlərə bilet alışı ilə bağlı müraciət edib

Daha əvvəl xəbər verildiyi kimi, bu gün&"Azərbaycan Hava Yolları" QSC&(AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb.

Daha əvvəl xəbər verildiyi kimi, bu gün"Azərbaycan Hava Yolları" QSC(AZAL) Bakı-İstanbul-Bakı reysinə biletlərin satışına başlayıb.

AZAL-dan "Report"a verilən məlumata görə,sosial şəbəkələrdə bəzi saytlar tərəfindən biletlərin baha qiymətinin əks olunduğu şəkillərin yayılmasına təəssüf ifadə edilib:

"Rəsmi olaraq bildiririk ki, İstanbul-Bakı istiqamətində AZAL aviaşirkətinin ekonom sinif üzrə biletin qiyməti 374 manat təşkil edir.

Bundan əlavə xaricdə təhsil alan Azərbaycanlı tələbələr üçün İstanbul-Bakı reyslərində AZAL aviabiletlərə 30% endirim təqdim edir.

AZAL sərnişinlərinə bilet alarkən aviaşirkətin rəsmi saytından istifadə etməyi, biletlərin qiyməti ilə bağlı təxribatlara və qeyri-dəqiq məlumatlara uymamağı tövsiyə edir. Bəzi hallarda, biznes-sinif biletlərinin qiyməti bilərəkdən ekonom sinif biletinin qiyməti kimi göstərilmişdir.

Yuxarıda göstərilənləri nəzərə alaraq, aviaşirkət, təxribatçı hərəkətləri, yəni bilərəkdən qeyri-dəqiq sosial əhəmiyyət daşıyan məlumatların yayılmasını araşdırmaq üçün hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnu özündə saxlayır".