Tibbi maskanın tarixi: Nə vaxt, necə, niyə yaranıb? İlk qorxunc maskanın sirri


Digərləri 26 İyn 2020 22:10:00 275 0

Tibbi maskanın tarixi: Nə vaxt, necə, niyə yaranıb?  İlk qorxunc maskanın sirri

Hazırda gündəlik istifadə etdiyimiz vasitəyə çevrilən, az qala hamımıza tibbi görkəm verən maskanın belə məşhur olacağı ağlınıza gəlirdimi?

Bəs ilk maskanı kim icad edib?

Son.az bildirir ki, medicina.az tibbi maskanın bu günə qədər tarixi yolunu araşdırıb.

İlk maska qarğa başı formasında olub, çox qorxulu idi.

XVII əsrdə Avropada, Fransada geniş yayılmış vəba, taun epidemiyası zamanı həkim Çarl Lorm tərəfindən xüsusi kostyumla birgə icad edilmişdi.

Bu kostyuma palto, əlcək, şlyapa və qarğa dimdiyi formasında bütün üzü örtən maska daxil idi. Bu maskanı içəridən qurudulmuş bitki otları, kamfora və xüsusi dezinfeksiya edici toz örtürdü.

Maska respirator kimi işləyirdi. Göz hissəsinə şüşə taxılmışdı.

Həkimlər bu kostyumda vəbalı xəstələrin meyitini müayinə edir, xəstələri yoxlamağa gedir və küçələrdə rahat gəzirdilər.

XIX əsrin sonunda Pol Berjer və Yohan Radeçkiy müasir tibbi maskaya bənzər yeni maska icad etdilər.

Maskanın icadına təkanı mikrobioloq Karl Flüqqenin insan ağız suyunda patogen bakteriya və mikrob aşkarlaması oldu. Burdan belə qənaətə gəldilər ki, əməliyyat zamanı cərrahın və həkimlərin ağız suyundan yaraya keçib, infeksiya yarada bilərdi.

1897-ci ildə Pol Bercer 6 qat kisey materialdan ibarət maska istifadə etməyə başladı. O, bu yolla xəstələrin ağız suyu və tüpürcəyindən özünü təcrid edirdi. 1 il ərzində maskanın effekti müşahidə olundu və həqiqətən tibbi personal arasında xəstələrdən yoluxmanın azaldığı sübut olundu.