Professordan koronavirus resepti Hansı vitaminlər lazımdır?


Digərləri 26 İyn 2020 22:20:00 263 0

Professordan koronavirus resepti  Hansı vitaminlər lazımdır?

Əslən Cənubi Azərbaycandan olan, Almaniya "Beynəlxalq Humanitar Tibbi yardım" təşkilatının Azərbaycan üzrə rəhbəri, Amerika MİR humanitar tibbi cəmiyyətinin rəhbəri, professor Ağabəy Azərbaycaninin koronavirusun müalicəsi barədə məsləhətlərini təqdim edirik:

Virus pandemiyası sönənə kimi aşağıda qeyd etdiyim vitaminlər çox mühümdür:

1) Vitamin D3 5000 (iu) gündə 1 dəfə + yarım saat günəşin altında gəzmək 2) Vitamin A 10000 (iu) gündə bir dəfə 3) Vitamin B6 gündə 100 (mg). 4) Vitamin E - gündə 400-800 (iu).

Son.az bildirir ki, bu vitaminlər yağda əridiyi üçün yalnız yemək ortasında qəbul edilməlidir.

5. Vitamin C 1000 ilə 2000 milliqram arası bütün soyuqdəymə, qrip viruslarını götürmək üçün effektivdir.

Mən öz təcrübəmdə 20 il əvvəl C vitamininin bir qramlıq intravenous ampulundan istifadə edir, çox gözəl nəticə alırdım. İndi bunun tablet və kirşan kimisi çıxıb.

Ən yaxşı qəbul üsulu gündə 2 dəfə 500 milliqramlıq tabletini dil altında saxlamaqdır.

6. Eləcə də 50 mq sink gündə yeməklə bərabər qəbul olunmalıdır. Bu ikisi suda əriyənlərdir və viruslar zamanı yetərlidir. (qazet.az)