"Google"da MÜHÜM DƏYİŞİKLİK


Digərləri 26 İyn 2020 22:30:00 234 0

"Google"da MÜHÜM DƏYİŞİKLİK

Günümüzdə ən çox üstünlük verilən axtarış motoru olan "Google"da dəyişiklik var.

Son.az xəbər verir ki, bundan sonra yeni istifadəçilərin həm veb monitorinqi, həm də məkan keçmişi 18 ay sonra silinəcək.

Gizlilik məsələsində bir sıra dəyişikliklərə gedən "Google" beləliklə, aparılan hər axtarışın tam qeydini saxlamayacaq.

Şirkətin Baş icraçı direktoru Sundar Pisai bildirib ki, yeniliklər "Gmail" və "Google Photos" kimi şəxsi məzmunu saxlamaq üçün hazırlanmış xidmətlərə tətbiq edilməyəcək. Əlavə olaraq, sadəcə yeni istifadəçilər bu özəllikdən faydalana biləcəklər: "Məhsullarımızı hazırlayanda 3 əsas faktora diqqət edirik: bilgiləri təhlükəsiz saxlamaq, onları məsuliyyətli şəkildə incələmək və nəzarəti istifadəçiyə vermək".