Elnur ilk dəfə "O Səs Türkiyə" haqqında ŞOK FAKTLARI AÇDI: "Məndən əvvəl də, məndən sonra da..."


Şou-biznes 26 İyn 2020 22:04:00 66 0

Elnur ilk dəfə "O Səs Türkiyə" haqqında ŞOK FAKTLARI AÇDI: "Məndən əvvəl də, məndən sonra da..."

"İki ildir İzmirdə yaşayıram, ondan əvvəl İstanbulda yaşayırdım. İstanbul çox ağır şəhərdir. Heyvanlarla vaxt keçirə və rahat yaşaya biləcəyim bağ evi istəyirdim. Odur ki, İzmirdə gözəl bir ev axtarıb tapdım. Türklər millət olaraq bizə daha yaxındır. Gözəl ölkədir, təbiəti isə sadəcə heyrətamizdir".

Son.az xəbər verir ki, bu sözləri müğənni Elnur Hüseynov Rusiyada fəaliyyət göstərən həmyerlilərimizin "Acsent Media" instaqram bloqunda canlı yayımda qonaq olarkən deyib. Müğənni qısa müddətdə türk dilini öyrəndiyini əlavə edib:

"Rus dili bölməsi üzrə təhsil almışam, azərbaycan dilində təmiz danışa bilmirəm, bəli, bu mənim minusumdur, amma günahkar deyiləm ki, Türkmənistanda boya-başa çatmışam. Azərbaycan dilini təmiz bilməsəm də, qısa müddətdə türk dilini öyrəndim. Türk dilində də yaxşı danışa bilmirəm, amma nədənsə türklər çox bəyənir, "Çok tatlı geliyor" deyirlər. Təəssüf ki, rus dilində danışanda tənqid olunuram, bizimkilər aqressiv reaksiya göstərir, satqınsan, öz ana dilini unutmusan deyirlər".

Müğənni bir müddət səhnə fəaliyyətinə fasilə verməsinin səbəblərini açıqlayıb:

"Artist birdən-birə səhnələri fəth edə, partlada və sonra itə bilər. Çünki hər şey vəziyyətdən asılı olaraq dəyişir. Bəli, səhnə fəaliyyətimdə böyük sıçrayış oldu, amma sonra şəxsi həyatımda problemlər baş verdi. "O Səs" müsabiqəsindən sonra şirkətlə müqavilə bağladım, onların icazəsi olmadan səhnəyə çıxa bilməzdim. Bu şirkət sadəcə işləmək istəmədi. Müsabiqənin məndən əvvəl və sonrakı iştirakçıları ilə də eyni vəziyyətdir, onlar fəaliyyətlərini davam etdirmir. Bu müsabiqə sadəcə şoudur, hər şey şou naminə edilir. Sonra isə səninlə heç kim işləmək istəmir. Şirkətin adını çəkmək istəmirəm, onlara gəlin işləyək, çıxış edək deyəndə, onsuz da pulumuzu qazanırıq cavabı verirdilər. Beləliklə, 3 ilimi bu şirkətdə itirdim, üstəlik çoxsaylı sponsor və menecerlər mənimlə əməkdaşlıq etmək istəyirdi. Sonra şirkətlə yollarımız ayrıldı. Ebru Gündeşin də şəxsi həyatında həyat yoldaşı ilə problemləri üzə çıxmışdı. Sonra dövlət çevrilişi və devalvasiya oldu, indi isə koronavirus pandemiyası baş alıb gedir. Odur ki, layihələr yarımçıq qaldı. Ümumiyyətlə, hər hansı keyfiyyətli layihə həyata keçirmək üçün yaxşı pulları olan yaxşı dayağın olmalıdır".

"O Səs Türkiyə"də Sertap Erenerin "Aşk" mahnısı ilə hər kəsin qəlbini fəth edən Elnur Hüseynov maraqlı məqamlara aydınlıq gətirib:

"Artıq bezmişəm, düzü, Sertap Erenerin özü də bu mahnını oxumağımdan məmnun deyil. Müsabiqədə müxtəlif "kover"lər ifa etmək istəyirdim, amma iştirakçılar çox olduğundan ideyalarımı həyata keçirmək üçün vaxt yox idi. Deyirdilər ki, Elnur qışqır, tamaşaçılar bunu tələb edir. Sonra yoruldum, axı hər kompozisiyada bütün səs potensialını göstərmək məcburiyyətində deyilsən. Bəli, bu özəllikdir, sevilir və işləyir, amma nə qədər qışqırmaq olar. Başqa emosiyaları da çatdırmaq istəyirsən və bunun üçün qışqırmaq lazım deyil".

Ulduz xəstəliyi olmadığı üçün özünü xoşbəxt sanan ulduz sözlərinə belə davam edib:

"Xoşbəxtəm ki, özünü yüksək qiymətləndirmə duyğusu yoxdur. Hər zaman minimumla yaşamağa çalışmışam. Harasa qonaq gedən insanlar mənimlə şəkil çəkmək və ya qulluq etmək istəyəndə utanıram. Deyirəm ki, özüm-özümə qulluq edərəm. Yəqin ki, genetikadan qaynaqlanır, ya da ilahidən verilən bir xüsusiyyətdir. İstənilən halda mənim üçün plusdur, çünki sadəcə öz burnumun ucunu yox, insanları görür və hiss edirəm. Çalışıram ki, faydalı olum, daha çox təbiətə və heyvanlara. Düzünü desəm, təbiətə insanlardan daha çox yazığım gəlir. Bizim şüurumuz var, ən yüksək canlılarıq, amma ən murdar məxluqlarıq ki, təbiəti məhv etmişik. Uşaqlıqda çox həssas idim, anamdan tez-tez soruşurdum ki, insanlar niyə belə qəddardır, ağlayır və gördüyüm mənzərəni dəyişmək istəyirdim. Qəribə, hiperaktiv bir uşaq idim, sinir tiklərim olurdu. Dostlarım yox idi, anam deyir ki, heyvanlarla dostluq edirdim. Təbiətin qeydinə qalan insanlar var, amma azdır. Hesab edirəm ki, artıq ayılmalı və nə etdiyimizin fərqində olmalıyıq. Azərbaycanda ev heyvanlarına qarşı edilən şiddəti görməkdən yorulmuşuq. Hələ də itləri güllələyirlər, bütün bunları görmək adamı incidir. Çox eqoist olmuşuq, ancaq özümüz və daha çox qazanmaq haqqında düşünürük. Antidepressantlarla yaşayıram, psixoloqum deyir ki, mütləq qəbul etməlisən. Çünki gördüklərimə laqeyd qala bilmirəm".

Estoniya XİN Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib like
  • 26 İyn 22:01  
Siyasət Estoniya XİN Azərbaycanın ərazi bütövlüyünə dəstəyini ifadə edib

Xarici İşlər naziri Elmar Məmmədyarovun Estoniyanın Xarici İşlər naziri

arrow Ətraflı
Elmar Məmmədyarovun estoniyalı həmkarı ilə telefon danışığı baş tutub like
  • 26 İyn 21:59  
Siyasət Elmar Məmmədyarovun estoniyalı həmkarı ilə telefon danışığı baş tutub

26 iyun 2020-ci il tarixində xarici işlər naziri Elmar Məmmədyarovun Estoni

arrow Ətraflı
Kino tarixində bir İLK  Robot baş qəhrəmana çevrildi like
  • 26 İyn 21:54  
Digərləri Kino tarixində bir İLK Robot baş qəhrəmana çevrildi

Yaponiyada Erika adlı süni intellekt robotu yeni elmi fantastik filmdə baş r

arrow Ətraflı
DİM: 8324 nəfər respublika ali təhsil müəssisələrinin və AMEAnın magistraturalarına qəbul olunub like
  • 26 İyn 21:49  
Digərləri DİM: 8324 nəfər respublika ali təhsil müəssisələrinin və AMEAnın magistraturalarına qəbul olunub

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magi

arrow Ətraflı
İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 mini ötdü like
  • 26 İyn 21:44  
Dünya İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 mini ötdü

Son sutkada İtaliyada COVID-19-dan 30 nəfər ölüb.

arrow Ətraflı
Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır like
  • 26 İyn 21:44  
Digərləri Cəlil Xəlilov: Azərbaycan ordusu bu gün dünyanın ən güclü 50 ordusu sırasındadır

Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinin açılışında P

arrow Ətraflı
"Koronavirusla mübarizədə məsuliyyət və nəzarət güclənməlidir" like
  • 26 İyn 21:39  
Digərləri "Koronavirusla mübarizədə məsuliyyət və nəzarət güclənməlidir"

Ölkəmizdə mart ayının əvvəllərindən başlayaraq koronavirus pandemiyas

arrow Ətraflı
Koronavirusun ağciyərlərə düşməsinin qarşısını almaq üçün nə etməli? like
  • 26 İyn 21:34  
Digərləri Koronavirusun ağciyərlərə düşməsinin qarşısını almaq üçün nə etməli?

Boğazı qarqara etmək koronavirusun profilaktikasına və müalicəsinə köm

arrow Ətraflı
Kürdə batan şəxsin meyiti tapıldı like
  • 26 İyn 21:30  
Sosial Kürdə batan şəxsin meyiti tapıldı

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndi ərazisindən keçən hissəsi

arrow Ətraflı
Koronavirus xəstələrinin ən çox buna ehtiyacı var  ÜST like
  • 26 İyn 21:08  
Dünya Koronavirus xəstələrinin ən çox buna ehtiyacı var ÜST

Bir çox ölkə oksigen təminatı məsələsində problemlər yaşayır.

arrow Ətraflı