"Enerji sektorunun müasirləşdirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasına imkan verməklə yanaşı sənaye potensialının inkişafının lokomotivinə çevrilib"


Digərləri 26 İyn 2020 21:23:00 156 0

"Enerji sektorunun müasirləşdirilməsi ölkə iqtisadiyyatının diversifikasiyasına imkan verməklə yanaşı sənaye potensialının inkişafının lokomotivinə çevrilib"

Energetika sitemi hər bir ölkənin döyünən ürəyidir. Heydər Əliyev 1969-cu ildə rəhbər təyin olunanda Azərbaycan geridə qalan aqrar respublika idi. Heydər Əliyev yaxşı bilirdi ki, respublikanın inkişafı sənayenin inkişafından asıllıdır. Sənayenin də inkişafı üçün dayanaqlı energetika sistemi qurulmalı idi.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, fəaliyyətdə olan stansiyanın elektrik gücü ölkə təminatı üçün kifayət deyildi:

"Məhz Heydər Əliyevin güclü siyasi iradəsi sayəsində 1971-ci ildə "Azərbaycan" İES-nın tikintisini İttifaq rəhbərliyi ilə razılaşdırılaraq mərkəzləşdirilmiş fondlardan vəsaitlər cəlb edə bildi. 1981-ci ildən istismara verilən bu stansiya müstəqilliyik illərində də ölkəmizin enerji təminatında mühüm yer tuturdu. Amma stansiya köhnəlmişdi, enerji blokların əksəriyyəti sıradan çıxmışdı.

2018-ci il stansiyada baş vermiş qəza nəticəsində ölkənin yarısı işıqsız qalmışdı. Amma cənab prezidentin tapşırığı ilə stansiyanın bərpasına böyük maliyyə vəsaitləri ayrıldı, rəhbərlik dəyişdirildi və stansiyaya yenidən həyat verildi. Artıq bu stansiyanın generasiya gücü 2400 meqvat olacaqdır.

Ümumiyyətlə müstəqilliyimizin ilk illərində ölkəmizdə enerji çatışmamazlığı mövcud idi. Elektrik enerji fasilələrlə verilirdi. Energetika sistemi İnkişaf etməkdə olan ölkənin tələblərinə cavab vermirdi.

2003-cü ildə xalqın əksər səs çoxluğu ilə prezident seçilən İlham Əliyev ölkəmizin enerji sistemini yenidən qurulmasını iqtisadi inkişafın prioriteti elan etdi. Son 16 il ərzində tikilmiş 30 elektrik stansiyası ölkəmizin enerji generasiya gücünü dəfələrlə artırmış, Azərbaycan elektrik idxal edən ölkədən ixrac edən ölkəyə çevirmişdir.