Dünyanın ən kiçik yumurta qalığı tapıldı


Digərləri 26 İyn 2020 21:29:00 185 0

Dünyanın ən kiçik yumurta qalığı tapıldı

Yaponiya araşdırmaçıları 4,5 santimetr uzunluğunda və 2 santimetr enində dünyanın ən kiçik dinozavr yumurtası qalığını tapıblar.

Son.az xəbər verir ki, Tsukuba Universiteti ilə Bəşəri Fəaliyyətlər və Təbiət Muzeyi araşdırmaçılarının birgə elmi qrupu Hyoqo əyalətinin Tamba şəhərində dinozavr yumurtasının qalığını aşkara çıxarıblar.

Elmi qrupun müəyyən etdiyinə görə, geoxronoloji olaraq yüz milyon il əvvəlki erkən təbaşir (kretase) dövrünə aid Yer üzü təbəqəsində olan bu yumurta qalığı o dövrdə 10 qram ağırlığında olub.

Teropot növü kiçik dinozavra aid olduğu bildirilən və qalıq analizində 4,5x2 olan tapıntıya "Himeoolithus murakamii" adı verilib.