Göygöldə gecəyarısı dəhşətli qətl: Mühafizəçi qadının boğazını kəsdi


Kriminal 26 İyn 2020 20:17:00 192 0

Göygöldə gecəyarısı dəhşətli qətl: Mühafizəçi qadının boğazını kəsdi

Göygöl rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Orxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə iclası başlanacaq.

İttihama görə, ötən il sentyabrın 8-dəGöygöl rayonunun Üçtəpə kəndində təqribən yaşı 30 yaşlı Günay Cəlilili yaşadığı evdə boğazı kəsilərək öldürülüb.

Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb.

Gunay Cəlili Beynəlxalq Bankın Gəncə şəhər filialının əməkdaşıdır. Qətli törədən Orxan Məmmədov da həmin bankda mühafizəçi işləyib. Qadının iki övladı qalıb.