Tovuzda avtomobil qəzası zamanı ata ölüb, oğlu xəsarət alıb - YENİLƏNİB - FOTO


Sosial 26 İyn 2020 19:14:00 215 0

Tovuzda avtomobil qəzası zamanı ata ölüb, oğlu xəsarət alıb - YENİLƏNİB - FOTO

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşınının toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyətləri məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Məşədilər kəndində qeydə alınan hadisə nəticəsində Tovuz rayon sakini,1974-cü il təvəllüdlü Haqverdi Qurban oğlu Həsənov ölüb, onun oğlu,2005-ci il təvəllüdlü Murad Haqverdi oğlu Həsənov isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

***18:06

Tovuzda "VAZ-21011" markalı avtomobillə "KaMAZ" markalı yük maşını toqquşub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Məşədilər kəndində qeydə alınıb.

Qəza nəticəsində 1 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha 1 nəfər isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Ölən şəxsin yaralının atası olduğu bildirilir. Onların ad və soyadları dəqiqləşdirilir.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.