Yük maşını aşdı 20 min "iPhone" yandı


Dünya 26 İyn 2020 18:49:00 158 0

Yük maşını aşdı  20 min "iPhone" yandı

Çində yük maşınının aşması nəticəsində 20 min "iPhone" yanıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Şanxay şəhərindən 300 kilometr məsafədə, magistral yolda baş verib.

Yüksək sürətlə hərəkət edən yük maşını idarəetməni itirib və aşıb. Daha sonra maşında yanğın başlayıb.

Məlum olub ki, yük maşını 20 minədək "iPhone 11" və "iPhone 11 Pro Max" aparırmış.