Rusiya Mərkəzi Seçki Komissiyasının saytına hücum olub


Dünya 26 İyn 2020 18:31:00 165 0

Rusiya Mərkəzi Seçki Komissiyasının saytına hücum olub

Rusiya Mərkəzi Seçki Komissiyasının saytına DDOS hücum olub.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya MSK-nın "Telegram" kanalı məlumat yayıb. Bildirilib ki, sayta DDOS hücumu davam edir.

Rusiya MSK sədrinin müavini Nikolay Bulayev sayta saniyədə 240 min sorğunun göndərildiyini söyləyib: "Kimsə saytın möhkəmliyini yoxlamaq arzusundadır".

Qeyd edək ki, Rusiyada ölkə Konstitusiyasına edilən dəyişikliklərlə bağlı referendumun keçirilməsinə başlanılıb. Ümumxalq səsverməsi iyulun 1-nə təyin olunsa da, iyunun 25-dən etibarən Moskva və Nijeqorod vilayətləri sakinləri həm onlayn məsafədən, həm də seçki məntəqələrinə gedərək səsvermə prosesində iştirak edə bilirlər.