Qaradərili fəalların lideri "ABŞı yandırmaqla" hədələdi


Dünya 26 İyn 2020 18:19:00 183 0

Qaradərili fəalların lideri "ABŞı yandırmaqla" hədələdi

ABŞ rəhbərliyi tələblərinin yerinə yetirməyəcəyi təqdirdə irqi bərabərliyin tərəfdarları "sistemi yandıracaq və onu dəyişəcəklər". 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu "Black Lives Matter" (Qaraların Həyatı Vacibdir) təşkilatının Nyu-York bölməsinin prezidenti Nouk Nyus "Fox News" telekanalının efirində bildirib.

Nouk Nyusdan onun zorakı mübarizə metodlarına haqq qazandırmasına dair fikirlərini şərh etməsi istənilib. O isə cavabında bildirib ki, ABŞ sistemi azadlıq uğrunda mübarizədən başlayaraq zorakılıq üzərində qurulub: "ABŞ başqa ölkələrə müdaxilə edir, rejimləri dəyişir, liderləri öz bəyəndiyi liderlərə dəyişir. Ona görə hər hansı bir amerikalı üçün bizi zorakı olmaqda günahlandırması sadəcə ikiüzlülükdür. Əgər bu ölkə bizim istədiyimiz verməsə, onda biz bu sistemi yandıracağıq və dəyişəcəyik. Aydındır? Mən bu barədə həm hərfi, həm də birbaşa formada danışa bilərəm. Bu artıq interpretasiya məsələsidir".