Şotlandiyada hücum zamanı bir neçə nəfər öldürülüb


Dünya 26 İyn 2020 18:00:55 149 0

Şotlandiyada hücum zamanı bir neçə nəfər öldürülüb

Şotlandiyanın Qlazqo şəhərinin mərkəzində insanlara hücum edilib.

Şotlandiyanın Qlazqo şəhərinin mərkəzində insanlara hücum edilib.

“Report” xəbər verir ki, bu barədə “Sky News” bildirib.

Məlumata görə, hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb.

Hadisənin soyuq silahın tətbiqi ilə törədildiyi güman edilir.

Şahidlərin sözlərinə görə, yaralıları “Park Inn” mehmanxanasından xərəklərdə çıxarıblar.

KİV-in məlumatına görə, hücum zamanı həmçinin 1 polis zabiti də zərər çəkib. Hazırda şəhərin mərkəzi əhatəyə alınıb.

Yerli "Daily Record" nəşri isə bildirib ki, hücum zamanı azı 3 nəfər öldürülüb. Nəşrin məlumatına görə, hücum zamanı 1 yox, 2 polis əməkdaşı xəsarət alıb.