Avropa aviaholdinqi Niderland hökumətindən yardım alacaq


İqtisadiyyat 26 İyn 2020 15:14:00 232 0

Avropa aviaholdinqi Niderland hökumətindən yardım alacaq

Avropanın aparıcı aviadaşıma holdinqi - “Air France- KLM" koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhranlı vəziyyətdən çıxmaq üçün Niderland hökumətindən 3,4 milyard avro yardım alacaq

Avropanın aparıcı aviadaşıma holdinqi -“Air France- KLM"koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhranlı vəziyyətdən çıxmaq üçün Niderland hökumətindən 3,4 milyard avro (3,8 milyard ABŞ dolları) yardım alacaq.

“Report” bu barədə “Bloomberg” agentliyinəistinadən xəbər verir.

Məsələ ilə bağl açıqlama verən Niderlandın Maliyyə naziri Vopke Hoekstra bildirib ki, holdinqə dövlətin maliyyələşdirdiyikommersiya fondlarından 2,4 milyard avro, birbaşa hökumətdən isə 1 milyard avro veriləcək.

“Maliyyələşdirmə paketi uzun və çətin bərpa prosesini təmin etmək üçün lazımdır. Biz marşrut şəbəkəsinin bərpası, yenidənqurma planının inkişaf etdirilməsi və şərtlərin hazırlanması üzərində işləyəcəyik” - deyə “Air FranceKLM”in rəhbəri Pieter Elber bildirib.

Xatırladaq ki,“Air France- KLM"Fransanın və Hollandiyanınmilli aviadaşıyıcılarının iştirakı ilə 2004-cü ildə qurulub. Yardım barədə xəbərlərdən sonra fond birjalarında holdinqin səhmləri 6,3% bahalaşıb.