Tokayev koronavirusa yoluxan səhiyyə nazirini istefaya göndərdi


Dünya 26 İyn 2020 14:51:00 194 0

Tokayev koronavirusa yoluxan səhiyyə nazirini istefaya göndərdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Səhiyyə naziri Elcan Birtanovu istefaya göndərib.

Son.az ölkə.az-a istinadən bildirir ki, buna səbəb Səhiyyə nazirinin koronavirusa yoluxması olub.

Vəzifədən azad edilən nazir hazırda infeksion stasionarlardan birində müalicə alır.