Bu il I, V və IX siniflər üçün dərsliklər yenidən hazırlanacaq


Digərləri 26 İyn 2020 14:45:00 203 0

Bu il I, V və IX siniflər üçün dərsliklər yenidən hazırlanacaq

Bu il ümumtəhsil müəssisələrinin I, V və IX sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna Təhsil Nazirliyindən cavab olaraq bildirilib.

Nazirlikdən qeyd edilib ki, V sinif üçün bəzi dərsliklər isə bu tədris ilində ilk dəfə şagirdlərin istifadəsinə veriləcək.

Bu il I siniflər üçün "Azərbaycan dili (tədris dili)", "Riyaziyyat", "Azərbaycan dili (dövlət dili)", "İngilis dili (Happy Campers)", "Musiqi", "Texnologiya" və "Həyat bilgisi" dərslikləri yenidən hazırlanaraq nəşr ediləcək. Bunlardan yalnız "Azərbaycan dili" (tədris dili) və "Riyaziyyat" dərslikəri bu il ilk dəfə olaraq, 2 hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci rübünü, ikinci hissəsi 2-ci rübünü əhatə edəcək. Musiqi və Texnologiya dərslikləri isə yeni hazırlanıb. Bu fənnin tədrisi bu vaxta qədər müəllim üçün metodik vəsaitlər əsasında həyata keçirilirdi.

V siniflər üçün isə bu il "Azərbaycan dili (dövlət dili)", "Rus dili (əsas xarici dil)", "Rus dili (ikinci xarici dil)", "İngilis dili (əsas xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri yenidən hazırlanaraq, nəşr ediləcək. 5-ci siniflər üçün "Rus dili (ikinci xarici dil)", "İngilis dili (ikinci xarici dil)" və "Fiziki tərbiyə" dərslikləri ilk dəfədir ki, bu il tərtib edilir.

Son.az